İsrailin baş naziri Benyamin Netanyahu Qətərə endirilən hava zərbəsini şərh edərkən bildirib ki, terrorçulara sığınacaq verən ölkələrin suverenliyi toxunulmaz sayıla bilməz.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İsrailin HƏMAS rəhbərliyini aradan qaldırmaq məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqa zidd deyil.
Netanyahu BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsini xatırladaraq, İsrailin addımlarını 11 sentyabrdan sonra ABŞ-ın Əfqanıstanda apardığı hərbi kampaniya ilə müqayisə edib. Baş nazir əlavə edib ki, Dohada keçirilən əməliyyat radikallara açıq mesajdır: İsrail onları dünyanın hər yerində izləyəcək.
Musavat.com