RU

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 1 412ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyatvasitələri (elektromobil) gətirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri44,289 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 559 ədəd və ya 28,4%, dəyər ifadəsi ilə isə 34,194 milyon ABŞdolları və ya 43,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 74 481ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilənxərcin həcmi 1,382 milyard ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 15 542 ədəd və ya 26,4%, dəyər ifadəsi ilə 270,480milyon ABŞ dolları, yaxud da 24,3% artıb.

Dövr ərzində ölkəyə 43,238 milyon ABŞ dolları dəyərində 478 ədədsürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,243 milyard ABŞdolları dəyərində 68 295 ədəd əsasən adam daşımaq üçün nəzərdətutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.

Избранный
31
1
az.trend.az

2Источники