RU

Tramp “TikTok” satışı üçün müddəti yenə uzadır

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyasının Çinin “TikTok” sosial şəbəkəsinin sahibi Byte Danceə aid aktivlərin satışı və ya ötürülməsi üçün tanınan müddətin yenidən uzadılmasına hazırlaşdığı bildirilib.

"Cebheinfo.az" “Reuters”-ə istinadən xəbər verir ki, “TikTok”-a verilmiş son tarix 17 sentyabr 2025 olaraq müəyyən edilmişdi. 

Lakin Vaşinqton ilə Pekin arasında Madriddə davam edən ticarət və texnologiya danışıqları çərçivəsində bu müddətin yenidən təxirə salınması gözlənilir.

Tramp administrasiyası “TikTok”-un milli təhlükəsizlik səbəbilə ya ABŞ-li bir şirkətə satılmasını, ya da fəaliyyətlərinin dayandırılmasını tələb edir.

Daha əvvəl bir neçə dəfə təxirə salınan bu proses, sosial media platformasının ABŞ-dəki gələcəyini qeyri-müəyyən vəziyyətə salıb.

Mənbələr bildirirlər ki, uzadılma qərarı Byte Danceə daha çox vaxt tanımaq məqsədilə gündəmə gəlib və yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
cebheinfo.az

2Источники