RU

Mask 2020-ci ilin fevralından bəri ilk dəfə “Tesla” səhmləri alıb

“Tesla”nın baş direktoru və qurucusu İlon Mask öz şirkətinin səhmlərini alıb. CNBC-nin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hesabatına istinadən verdiyi məlumata görə, bu, onun 2020-ci ilin fevralından bəri açıq bazarda etdiyi ilk alışdır.

12 sentyabrda Mask müxtəlif qiymətə 2.57 milyon “Tesla” səhmi alıb. Ümumi məbləğ təxminən 1 milyard dollar təşkil edir. Bu, milyarderin şirkət tarixindəki ən böyük daxili (insayder) alışı sayılır. Alışdan əvvəl Mask “Tesla”nın 13%-nə sahib idi.

6 sentyabrda “Tesla” Maska 1 trilyon dollarlıq bonus təklif edib. Razılaşma şərtləri yerinə yetirilsə və ödəniş baş tutsa, o, dünyanın ilk trilyoneri ola bilər. Plan 10 il ərzində şirkətin kapitallaşmasını 8.5 trilyon dollara çatdırmağı və Maska 423.7 milyon səhm verməyi nəzərdə tutur ki, bu da onun payını azı 25%-ə qaldıracaq. Sazişin təsdiqi üçün səhmdarların 6 noyabrda keçiriləcək iclasında səsvermə aparılacaq.

4 avqustda “Tesla” Maskı CEO vəzifəsində saxlamaq üçün təxminən 30 milyard dollarlıq bonusu təsdiqləmişdi. Paket 23.34 dollar qiymətinə 96 milyon səhmi əhatə edir.

Избранный
32
banker.az

1Источники