RU

Bakıda strateji şəhərsalma layihələri başlayır Baş nazir Qərar imzaladı

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi Qrup yaradılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Baş nazirin müavini Samir Şərifov İşçi Qrupun rəhbəri təyin edilib.

İşçi qrupun rəhbərinin müavinləri:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İşçi qrupun üzvləri:

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Rəşad İsmayılov - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini

Anar Kərimov - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Adil Abdullayev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

İlham Mirzəliyev - “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri

Mətin Eynullayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

İşçi Qrupa tapşırılıb ki, investorlar tərəfindən İqtisadiyyat Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi Qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirsin və şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etsin.

Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
27
redaktor.az

10Источники