RU

Binəqədidə evlərə parazitli su gəlir? RƏSMİ CAVAB

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi bina 39 ünvanında zirzəmini kanalizasiya suyu basıb.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, bu səbəbdən ətrafı kəskin qoxu basıb.Bundan başqa içməli su borusuna kanalizasiya sızması olur deyə su parazitli gəlir.

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə əlaqə saxladıq. Qurumun mətbuat ximətindən BAKU.WS-ə bildirildi ki, məsələ müvafiq rayon sukanal idarəsinə yönləndirilib, briqada əraziyə göndərilib.

Sözügedən kadrları təqdim edirik:

Banu Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
86
2
baku.ws

3Источники