RU

Tramp: ABŞ və Çin arasında ticarətlə bağlı danışıqlar uğurlu keçib

Avropada ABŞ və Çin arasında ticarətlə bağlı görüş keçirilib.

 

Bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında məlumat verib.

 

“Avropada Amerika və Çin arasında ticarətlə bağlı böyük bir görüş olub və görüş çox yaxşı keçib. Danışıqlar tezliklə bitəcək. Ölkəmizdə cavan əhalinin saxlamaq istədiyi “müəyyən” bir şirkətlə əlaqədar razılaşma əldə olunub. Onlar sevinəcəklər. Cümə günü Si Cinpinlə danışacağam. Bizim əlaqələrimiz çox güclü olaraq qalır”,- Tramp qeyd edib.

 

APA

Tarix: 15 Sentyabr 2025, 16:32   
Избранный
27
9
pravda.az

10Источники