RU

Məhkəmə sifarişçini vintaçanla vuran taksi sürücüsü ilə bağlı qərar verdi

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Fərəc Dadaşovun (adı və soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2024-cü il iyulun 1-dən 2-nə keçən gecə, saat bir radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən sağlamlıq düşərgəsinin qarşısında qeydə alınıb.

Belə ki, taksi şirkətinə qoşularaq "Toyota Prius" avtomobili ilə taksi kimi fəaliyyət göstərən Fərəc Dadaşova sifarişçi, zərərçəkmiş Binnət Balayev (adı və soyadı şərtidir) arxa oturacağın qarşısı darısqal olduğu üçün qabaq oturacağı irəli çəkməsini deyib. O isə sifarişçiyə qarşı etirazını bildirib və onunla mübahisə edib. Zərərçəkmiş isə gedişi ləğv edib. Fərəc də sifarişə görə ondan ödəniş tələb edib. Lakin zərərçəkmiş razılaşmayıb. Sonra o, Binnəti təhqir edib, vintaçanla onun sol sifət nahiyəsindən, yəni gözünün altından bir dəfə qəsdən vuraraq, burnunu sındırıb.

Hadisədən sonra Fərəc Dadaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Fərəc Dadaşovun apellyasiya şikayətini təmin etməyib.

Milli.Az

Избранный
7
6
milli.az

7Источники