RU

Dil tədrisində prioritet dəyişib: fransız və alman dillərinə maraq itir

Azərbaycan məktəblərində xarici dillərin tədrisində ən çox üstünlük ingilis və rus dillərinə verilir.

Bu fikirləri təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib.

"Əsasən də ingilis dili daha geniş yayılıb. Digər dillərdən isə fransız və alman dillərinə nisbətən az maraq göstərilir. Ərəb və fars dilləri bəzi bölgələrdə, müəyyən məktəblərdə tədris olunur. Lakin ümumi mənzərəyə baxsaq, demək olar ki, əsas xarici dil ingilis dilidir.

Rus dili də ikinci dil kimi müəyyən məktəblərdə tədris olunur. İstəyərik ki, vətəndaşlarımız ingilis dilinə digərlərindən daha çox üstünlük versinlər, ümumilikdə isə bu fərdi seçimdir. Ərəb və fars dillərinə də maraq nisbətən aşağıdır".

Избранный
21
azedu.az

1Источники