RU

Azərbaycanın bu rayonlarından İtaliya və Fransaya qurbağa ayaqları ixrac olunur 150 qramı 10 40 avroya satılır

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda qurbağa istehsalı uzun illərdir həyata keçirilir, amma ölkə daxilində tələbat az olduğu üçün məhsullar daha çox xarici bazarlara göndərilir.

Qida sənayesində nadir hallarda rast gəlinən qurbağa ayaqları bəzi restoranlarda menyuya daxil edilir, lakin yerli istehlakçılar arasında geniş yayılmayıb. Buna baxmayaraq, məhsulun ixracı ölkənin aqrar sahədəki potensialını və beynəlxalq ticarət imkanlarını göstərir. Bu çərçivədə İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı göndərilib.

Bu ölkələrdə qurbağa ayaqları delikates kateqoriyasına aid edilir və bir çox restoranlarda 1 pors üçün, təxminən 150 qram qurbağa ayağı restorandan asılı olaraq 10 avrodan başlayaraq 40 avroya təqdim olunur.

Azərbaycandan qurbağa əti ilə yanaşı, Amerika Birləşmiş Ştatlarına 4,3 milyon, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1,1 milyon ədəd ərzaqlıq yumurta məhsulu, Avstraliya, Albaniya və Kanadaya balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Musavat.com-a verdiyi açıqlamaya görə, ölkədə qida təhlükəsizliyi sahəsində aparılan tədbirlər yerli məhsulların keyfiyyətini artırmaqla yanaşı, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini də gücləndirir. Bu, xüsusilə qurbağa ayaqları kimi xüsusi məhsulların ixracına şərait yaradır və Azərbaycana yeni ticarət imkanları açır.

Agentlik bildirir ki, Avropa İttifaqı ölkələrinə heyvan mənşəli məhsulların, o cümlədən qurbağa ayaqlarının ixracı üçün subyektlər TRACES (Trade Control and Expert System) sistemində qeydiyyatdan keçməlidirlər.

Masallı rayonunun Qızılağac kəndi və Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən iki müəssisə bu sistemdə qeydiyyatdan keçərək məhsullarını ixrac edir. TRACES sistemi məhsulların beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğunu təmin edir və ixrac prosesini şəffaflaşdırır.

Qurbağa istehsalı Azərbaycanda az yayılan, amma ixrac potensialı yüksək sahədir. Keyfiyyətli məhsul və beynəlxalq standartlara uyğunluq ölkəmizin aqrar məhsullarını Avropa və digər ölkələrdə tanıdır, göstərir ki, Azərbaycanın qida sənayesi həm daxili, həm də xarici bazarlarda möhkəm mövqe tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
3
icma.az

4Источники