RU

ASAN Könüllüləri növbəti dəfə Bilik Karvanı layihəsini reallaşdırdılar FOTO

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

15 Sentyabr - Bilik Günü münasibətilə "ASAN Könüllüləri" Təşkilatının və "BRAVO " marketlər şəbəkəsinin tərəfdaşlığı ilə "Bilik Karvanı" layihəsi həyata keçirilib.

Redaktor.az xəbər verir ki, layihənin əsas məqsədi sosial qayğıya ehtiyacı olan uşaqları sevindirmək və onları yeni dərs ilinə həvəsləndirməkdir.

İki ay davam edən aksiya çərçivəsində 3-14 yaş aralığında 334 uşağın məktəbə dair arzusu gerçəkləşdirilib.

Layihə müddətində vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin  "20 Yanvar" və  "Koroğlu" filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşaraq məktublarla tanış olub və uşaqların arzularını öhdəliyə götürərək onları sevindiriblər.

Aksiya çərçivəsində Azərbaycanın 9 müxtəlif regionunda uşaqlara məktəb çantaları, dərs ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunub.

"ASAN Məktub" sosial proqramı çərçivəsində indiyədək 10.000-dən çox uşağın arzusu reallaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
9
redaktor.az

10Источники