RU

Polietilen paket qablaşdırılmış ərzaq məhsullarını daşımaq üçün istifadə olunmalıdır, isti qida ilə təması risklidir

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Sosial şəbəkədə 1 paylaşım bərk trendə çevrilib. Subay bir adam qab yumasın deyə, boşqabın təmiz qalması üçün hər dəfə onun üzərinə polietilen çəkirmiş. Yeməyi polietilenlə örtülmüş boşqaba qoyub qidanı elə qəbul edirmiş.Polietilen örtüyün üzərində qidalanma insan sağlamlığına necə təsir edə bilər?Polietilen üzərindəki qida kimyəvi təsir ala bilərmi? Bu davranış hansı sağlamlıq risklərinə yol açır?

“Refresh Group” icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov Bizimyol.info portalına açıqlamasında bildirib ki, polietilen paketdə müəyyən qida məhsullarını daşımaq olar: “İnsan qab yumağa ərincəklik edib boşqabı polietilenlə bağlayıb və üzərinə qida əlavə edib yeyirsə, sözsüz ki, bu da qəbulolunmaz bir haldır. Polietilen paket ümumiyyətlə, isti qida məhsulla təmasda olmalı olan bir qablaşdırma vasitəsi deyil. Polietilen paketdə müəyyən qida məhsullarını daşımaq olar, ancaq bu qablaşdırılmış ərzaq məhsullarını daşımaq üçün istifadə olunmalıdır. İsti qida məhsulları hazır qida kateqoriyasına düşür. Buna “ready to it eat food” deyirlər. Bu kateqoriyadakı qidalar 75 dərəcə temperaturda 2 dəqiqə ərzində bişir və onların süfrəyə veriləndə qidalandığı temperatur 5 və 60 dərəcə temperatur aralığında olmamalıdır. Onlar süfrəyə verildikdə, 60 dərəcə temperaturdan yuxarıda olmalıdır. Bu temperatur aralığında da əgər polietilen paketlə təmasda olursa, sözsüz ki, polietilen paketdə olan müəyyən miqrasiya normaları qidaya təsir edə bilir. Qablaşdırma materiallarının miqrasiya normaları, məhz bunun üçündür”.

Seymur Qafarov

Qida mütəxəssisi qeyd edib ki, polietilen paket materialının üzərində xörək yemək olmaz: “Ümumiyyətlə hər hansı bir polietilen paket və ya qablaşdırma materialın özündə birbaşa isti qidanı onun üzərinə əlavə edib nə qızdırmaq, nə də istehlak etmək yolverilməz haldır. Bəli, müəyyən mənada qablaşdırma materialının özündən ərsəyə gələn materialla kimyəvi reaksiyaya girə bilər və bu da insanda qusma, ishal (diareya) hallarına qədər gətirə bilər. Ona görə həmin polietilen paket materialını mütləq şəkildə qablaşma materialına keçirib onun üzərində xörək yemək olmaz. Bəzi qablaşdırma materialının içərisində özünün polietilen qat var, amma bu qida ilə təmasda olan bir qat sayılmır. Çünki onun üzərinə müəyyən xüsusi örtük var və birbaşa isti qidanın təmas edəcəyi bir materialdır. Amma dediyiniz örnəkdə əriyib hətta qidaya da qarışa bilər, xüsusilə şorbalarda kəskin temperatur olarsa. Polietilen paketdə birbaşa hazır qida məhsulları emal olunaraq yerləşdirilib. Bu, yolverilməz bir haldır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
icma.az

1Источники