RU

Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Xankəndində törədilən bu təxribat ümumiyyətlə bizim ermənilərlə qonşular olaraq birgə yaşayışla bağlı yaratdığımız baxışlarda suallar yaradır. Belə ki, Xankəndində qucaq açaraq rahat yaşayışı təmin etdiyimiz bir erməni fürsət gözləyir ki, nə vaxtsa təxribat və terror törətsin”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, təbii ki, bu təxribatın arxasında kimlərin durub durmadığını və ya da bu onun özünün içində olan düşmənçiliyin ifadəsidirsə istintaq prosesində məlum olacaq.

Azər Badamov

“Bu hadisə bizi ermənilərlə çox ehtiyatlı davranmalı olduğumuzu və onlara bir daha fürsətin verilməməli olduğunu göstərdi. Biz düşmənçiliyi unudub sülh içində yaşamaq istəyirik. Sual olunur ki, ermənilər buna hazırdırmı? Təəssüf ki, Xankəndində baş vermiş təxribat ermənilərin sülhə hazır olmadığını sübut edir”-deyən deputatın fikrincə, bu bir daha bizə göstərdi ki, hətta sülh müqaviləsi imzalansa da, sərhədlərimizi ermənilərə açıb etibar etmək olmaz.

Azər Badamov hesab edir ki, bəlkə də on illər keçəndən sonra qonşular kimi birgə yaşayış ola bilər, amma bu gün biz hər zaman ehtiyatımızı gözləməliyik.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
bizimyol.info

1Источники