Bəzi Avropa İttifaqı ölkələri Rusiyadan gələn turistlərin ölkəyə girişinə tam qadağa qoyulmasının tərəfdarıdır.
HİT.az xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.
Portal konkret hansı ölkələrin tam qadağanın tərəfdarı olduğunu göstərmir. Nəşr qeyd edir ki, qərar qəbul etmək üçün Aİ Şurasında ixtisaslı səs çoxluğu tələb olunacaq.
İndiyə qədər bir çox Avropa ölkələri ruslara Şengen vizalarının verilməsi qaydalarını artıq xeyli sərtləşdiriblər. 19-cu sanksiyalar paketinin bir hissəsi olaraq, bütün Aİ ölkələri üçün Rusiya vətəndaşlarına vizaların verilməsi üçün vahid qaydalar tətbiq oluna bilər. Rusiya diplomatlarının Şengen zonası daxilində hərəkətinə qadağa qoyulması da müzakirə olunur. Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri görməyə hazır olduğunu bəyan edib.
Samir