RU

Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibləri ilə müsahibə: Yaşıl gündəm və sosial dəstək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azad Mirzəcanzadə İnkişaf Proqramı cəmiyyətin inkişafına töhfə vermək istəyən və bu istiqamətdə real ideyaları olan 18-35 yaş arası Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Ölkənin müxtəlif regionlarından İnkişaf Proqramına qatılmaq üçün layihələr təqdim olunur.
Baku TV-nin çəkiliş qrupu Masallıda əvvəlki dalğanın qalibləri ilə görüşüb.
Onlar öz layihələrindən danışıblar. Proqramın qaliblərindən olan Zəhra Qəmbərova və Ələkbər Hüseynzadə "Rogreen Floristry" layihəsinin kəndlərdə yaşayan işsiz və həssas qrupa aid qadınlara dəstək məqsədi daşıdığını bildiriblər.
"Həmin qadınlar dibçək güllər hazırlayaraq bizə verəcəklər. Biz də qablaşdırma və satışda onlara kömək edəcəyik. Həm onlar, həm də biz qazanacağıq", - deyə Z.Qəmbərova vurğulayıb.
Daha ətraflı videosüjetdə:
Избранный
20
oxu.az

1Источники