RU

Misirdə 3300 illik tapıntı

Misirdə arxeoloqlar qədim bir “polis” tərəfindən istifadə edildiyi güman edilən inək dırnağından oyularaq hazırlanmış 3300 illik fit aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə məlumat "International Journal of Osteoarchaeology" jurnalında dərc olunub.

Fit Tutanxamonun atası tərəfindən əsası qoyulmuş qədim paytaxt Axetatendə (müasir Amarna) tapılıb və Misirdən məlum olan ilk sümük fitidir. Alət 2008-ci ildə Daş Kənd adlanan ərazidə, kral türbəsinin tikintisində iştirak edənlərin yaşadığı yerdə aşkarlanıb.

Fit ovucun içinə rahat yerləşir, sümükdəki dəlik və ucunun forması isə səslərin asan təkrarlanmasına imkan verir. Tədqiqatçılar hesab edirlər ki, fitdən Daş Kəndə girib-çıxan insanlara nəzarət edən polis və ya mühafizəçi tərəfindən istifadə edilib.

Məqalədə həmçinin misirli “medjai”lərdən - elit polis və ya döyüş qüvvələrindən bəhs olunur. Daş Kənddəki kiçik binalar, yol şəbəkələri və müşahidə məntəqələri isə mühafizə və patrul ideyasını təsdiqləyir.

Избранный
48
publika.az

1Источники