RU

“Trampın sanksiya dilemması: ABŞ da Rusiya ilə bağlı siyasi çəkişmələr“ Qərb mətbuatı

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Ağ Ev tərəddüd edir, Konqres alternativ yollar axtarır..."

ABŞ-da Rusiyaya qarşı sanksiyaların taleyi ətrafında ciddi siyasi mübarizə gedir. Prezident Donald Tramp dəfələrlə sərt addımlar atacağına söz versə də, onun şərtləri və tərəddüdləri Qərbin vahid mövqeyini zəiflədir. Konqresdə isə həm respublikaçılar, həm də demokratlar məsələni prezidentin iradəsindən asılı qalmadan həll etməyə çalışırlar.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Trampın şərtləri və Avropaya təzyiqi

Nəşr yazır ki, Tramp yeni sanksiyaları yalnız o halda tətbiq etməyə hazırdır ki, NATO ölkələri də eyni addımı atsın, Avropa isə tamamilə Rusiya neftindən imtina etsin. O, hətta Avropa liderləri ilə telefon danışığında bu məsələdə sürətli addımlar tələb edib. Lakin Avropa İttifaqı ölkələrinin, xüsusilə də Rusiya neftinin əsas alıcıları olan Macarıstan və Türkiyənin bu tələbi yerinə yetirməsi real görünmür. Bu səbəbdən Trampın özü də şərtlərinin həyata keçməyəcəyini anlayır. ABŞ prezidenti Avropanı kifayət qədər sərt olmamaqda günahlandırır: "Onlar hələ də Rusiya nefti alır, biz almırıq. Bu, ədalətli deyil. Mən addım atmağa hazıram, amma Avropa da öz payına düşəni etməlidir".

Konqresin alternativ planı

"Politico" nəşri isə yazır ki, Trampın tərəddüdləri səbəbindən Konqresdə "Ukraynayönümlü" qanad təşəbbüsü ələ alıb. Senator Lindsi Qrem və bir neçə respublikaçı həmkarı demokratların dəstəyi ilə Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" adlanan qanun layihəsini büdcə qanunvericiliyi ilə "paket" halında səsverməyə çıxarmaq istəyirlər. Bu addım həm respublikaçıların, həm də demokratların maraqlarını uzlaşdırmağa hesablanıb. Qanun layihəsi Rusiya bank sektoruna və enerji sənayesinə daha sərt məhdudiyyətlər qoymaqla yanaşı, Rusiya neftini alan ölkələrə qarşı ABŞ-a gətirilən mallara 500 faizlik gömrük rüsumu tətbiqi ilə ikinci dərəcəli sanksiyaları da nəzərdə tutur.

Trampın nəzarəti və Konqresin məhdudiyyətləri

Nümayəndələr Palatasının spikeri Mayk Conson "CBS News"-a açıqlamasında bildirib ki, sanksiyaların vaxtı çoxdan yetişib, amma Konqres prezidentin dəstəyindən kənar hərəkət edə bilməz: "Bizim təşəbbüslərimiz Tramp tərəfindən imzalanmadan qanuna çevrilə bilməz. Bu, yalnız ortaq addımlarla mümkündür". Conson Trampı "dünyada sülhü bərqərar etməkdə güclü lider" adlandıraraq, ümidini onun "eyni qətiyyətlə Ukrayna müharibəsinə son qoyacağına" bağladığını vurğulayıb.

Zelenskinin çağırışı

Ukrayna prezidenti Vladimir Zelenski isə tərəfdaşlardan bəhanələri kənara qoyaraq real addımlar tələb edir. Onun sözlərinə görə, Polşaya edilən son dron hücumu bütün Avropaya xəbərdarlıqdır: Rusiya hələ də təhdid yaratmaq gücündədir və bu təhlükəni yalnız vahid, sərt mövqelə dayandırmaq olar. Tramp Avropanı təzyiq altında saxlayaraq sanksiyalardan yayınır, Konqres isə prezidentin iradəsinə zidd getmədən alternativ hüquqi manevrlər axtarır. Bu gərginlik Vaşinqtonda ABŞ-ın Rusiya ilə bağlı siyasətinin gələcək istiqamətini müəyyən edəcək əsas amilə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
moderator.az

2Источники