RU

Gələcəyimizin gücü - 139 mindən çox körpə ÜRƏK...

Bakı. Trend:

Bu gün Azərbaycanın hər guşəsində, eləcə də azad Qarabağımızda 10minlərlə körpə ürək yeni, böyük bir yola çıxır. Təhsil, elm vəinkişaf naminə öz kövrək addımlarını atan 139 mindən çox uşaqəslində dövlətimizin sabahına yön alan möhtəşəm yolun uğurunu təminedənlər olacaqlar. Onlar sabahın elm adamları, müəllimləri,həkimləri, mütəxəssisləri, ən başlıcası isə Vətəni sevən, onuqoruyan və inkişaf etdirən gəncləri olacaq.

Trend xəbər verir ki, bu fikirləri Ailə Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özsosial şəbəkə hesabında yazıb.

o bildirib ki, bu sevinc dolu gündə xüsusi qürurumuz var:

"Artıq illərlə həsrətini çəkdiyimiz Qarabağda da ilk zənglərçalınmaqdadır! Prezident İlham Əliyevin qətiyyətli iradəsi,dövlətimizin güclü siyasəti və xalqımızın birliyi ilə dirçələnQarabağda məktəb və Universitet qapılarının balalarımızın üzünəaçılması tariximizin parlaq səhifəsidir. Bu, həm də Azərbaycanxalqının iradəsinin, dövlətin gücünün və milli birliyimizinrəmzidir.
Uşaqlarımız gələcəyimizin işıqlı aynaları, Azərbaycanın insankapitalının ən qiymətli sərvətidir. Onların hərtərəfli inkişafı,sağlam və xoşbəxt böyüməsi, milli və ailə dəyərləri ruhunda tərbiyəalması dövlət siyasətinin mərkəzindədir. Məhz bu baxışla ölkəmizdəuşaq hüquqlarının qorunması, keyfiyyətli təhsilin əlçatanlığı,erkən inkişaf və ailə mühitinin möhkəmləndirilməsi istiqamətindəardıcıl işlər görülür".

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də buümummilli missiyanın fəal iştirakçılarındandır.
Biz uşaqların hüquqlarının qorunması, ailələrin sosial rifahınınyüksəldilməsi, uşaqlara yönələn bütün növ zərərli təsirlərinqarşısının alınması kimi sahələrdə mühüm layihələr həyatakeçirməkdəyik. Məqsədimiz hər bir uşağın öz istedadını azad vətəhlükəsiz mühitdə reallaşdıra bilməsidir.
Əziz balalar, bu gün sizin bayramınızdır! Sizi bu münasibətləürəkdən təbrik edir, bilik dolu, rəngarəng və maraqlı məktəb illəriarzulayırıq!
Bilin ki, Vətənimiz sizinlə fəxr edir, dövlətimiz isə sizinxoşbəxtliyiniz üçün daim yanınızdadır.
Müəllimlərinizin, valideynlərinizin, cəmiyyətimizin sevgisi vəqayğısı isə sizin yol yoldaşınızdır.
Dəyərli dostlar, gəlin hər birimiz üçün əziz olduğu qədər dəanlamlı bir gündə məktəb qapısını ilk fəfə açan, gələcəyə gedənyolumuzu öz saf və kiçik ürəkləri ilə işıqlandıran hər bir uşağıürəkdən təbrik edək və onlarla gələn gələcəyimizi birlikdə qoruyaq!",- komitə sədri əlavə edib.

Məqalədə:
Избранный
33
8
az.trend.az

9Источники