RU

Özbəkistan tarixində ilk: Əliyev açıqlamışdı, Mirziyoyev təsdiqlədi

BAKI, 15 sentyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanda Ustyurt yaylasında nəhəng qaz ehtiyatının tapıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bunun ölkəsi üçün tarixi ilk olduğunu qeyd edib.

“Ölkəmizdə çox böyük təbii sərvət ehtiyatı var. Əvvəllər neft-qaz kəşfiyyatı yalnız 2,5-3 min metr dərinlikdə aparılırdı. Bu il sənayemiz tarixində ilk dəfə olaraq, 6500 metr dərinlikdə olan Ustyurtda nəhəng qaz ehtiyatı aşkar edilib”, - dövlət başçısı bildirib.

Özbəkistan liderinin çıxışına geniş yer verən Gazeta.uz məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin məsələ ilə əlaqədar bundan əvvəl verdiyi açıqlamaya da diqqət çəkib.

“İlham Əliyev Özbəkistanda böyük neft yatağının açılması ilə bağlı xəbər gözlədiyini açıqlamışdı”, - nəşr yazıb.

Избранный
9
teleqraf.com

1Источники