RU

Oğlu Şəbnəmi sevindirdi Fotolar

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi övladının boks yarışlarına qatıldığını və birincilik qazandığını bildirib. O qeyd edib ki, övladı 3 idman növü üzrə məşqlərə gedir.

Şəbnəm əlavə edib ki, atası Rafiq Əliyev oğlunun tanınmış idmançı olmasını istəyir:

"Əli güləş, futbol və boksla məşğuldur. Dünən Gəncə, Mingəçevir komandasını udaraq birinci yerə çıxıb. Atasının ən böyük arzusu onu güclü idmançı kimi görməkdir. Əlinin bütün yarışlarında atası onunla gedir, fəxrlə onu izləyir. Onun bir məqsədi var, o da Əlini dünya çempionu kimi görməkdir. Oğlum 9 yaşına keçib, bu onun boksda üçüncü birinciliyidir. Futbolda da çox bacarıqlıdır".

Şəbnəm əlavə edib ki, Əli iki ay sonra Antalyada yarışa gedəcək. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
2
axsam.az

3Источники