RU

Səhər saatlarında avtobuslar niyə gözə dəyməyib? AYNA açıqlama verdi

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər saatlarında 20-ci Sahədən Azneft dairəsi və əks istiqamətdə hərəkət etməli olan 5 nömrəli xətt avtobuslarının xətdən çıxdığı iddia olunub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.

Qeyd olunub ki, 20-ci Sahə adlanan ərazidəki və Əl Oyunları Sarayının qarşısındakı dayanacaqlarda saat 7:35-8:50 aralığında 5 nömrəli xətt avtobusları gözə dəyməyib. Nəticədə sərnişinlər yolda qalıblar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidən 5 və 6 nömrəli avtobuslar keçir.

"Öncədən verdiyimiz məlumatda da qeyd etdiyimiz kimi, 20-ci Sahədən 5, Salyan şosesindən 6 nömrəli xətt avtobusları hərəkət edir. Hər iki marşrut üzrə beş avtobus fəaliyyət göstərib.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərir. Birinci istiqamət metronun "Nəriman Nərimanov" stansiyası - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edir.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət metronun "Azadlıq Prospekti" stansiyası - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə - Bəhram Gur heykəlini əhatə edir", - deyə T.Orucov bildirib.

Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı AYNA tərəfindən məlumat verilmişdi.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
4
oxu.az

5Источники