RU

Bakıyla əlaqədar strateji şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrup yaradılıb

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrup yaradılıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.

İşçi qrupun rəhbəri
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
İşçi qrupun rəhbərinin müavinləri:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İşçi qrupun üzvləri:

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Rəşad İsmayılov - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər
nazirinin birinci müavini
Anar Kərimov - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini
Adil Abdullayev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
İlham Mirzəliyev - “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri
Mətin Eynullayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
İşçi qrupa tapşırılıb ki, investorlar tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə
İşçi qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçisin və şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət
orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində
fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə
prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə
yetirilməsinə nəzarət etsin;
2.3. ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya
Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı
Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində
razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi
üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə
investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin
görülməsini təmin etsin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Избранный
24
17
apa.az

10Источники