1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik "Dostluq" ordeni ilə təltif edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə təltif olunub.