RU

Sos kəndində ilin sonunadək daha 75 ev istismara hazır olacaq

Xocavənd, 15 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

2023-cü ildə Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə qovuşan Sos kəndində də həyat yenidən canlanır, kənd sürətlə bərpa olunur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-a müsahibəsində bildirib ki, kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşdırma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib. Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur. İndiyədək 10 ailə olmaqla 46 nəfər kəndə qayıdıb.

Избранный
12
7
azertag.az

10Источники