RU

Azərbaycanda bu terminala görə 7 körpü tikiləcək - RƏSMİ

"İri infrastruktur layihələrindən biri Astara yükdoldurma-yükboşaltma terminalı üzrə layihələndirmə və tikinti-quraşdırma işləridir. Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib".

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran hökuməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara Terminalının tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Terminalın layihələndirmə işlərinin təqribən 93 faizi, tikinti-quraşdırma işlərinin isə 78 faizdən çoxu yerinə yetirilib. Layihənin icrası üzrə 7 ədəd körpünün tikintisi nəzərdə tutulub, bununla əlaqədar Baxçasaray körpüsü üzrə tikinti-quraşdırma işləri tam şəkildə başa çatdırılıb, Kəmərbəndi körpüsü üzrə 75% tikinti-quraşdırma işləri tamamlanıb. Virmuni çayı üzərində yerləşən körpülər üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib",-deyə məlumatda qeyd olunur.

Orxan Hüseyn

Избранный
27
1
far.az

2Источники