RU

Bu ölkədə Ebola epidemiyası elan olunub

Bakı. Trend:

Konqo Demokratik Respublikasının Kasay əyalətində yeni Ebolaepidemiyası elan olunub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, virusa ilk yoluxma halı avqustun 20-də qeydəalınıb. 34 yaşlı hamilə qadın xəstəxanaya yerləşdirilsə də, beşgündən sonra dünyasını dəyişib. Onu müalicə edən iki tibb işçisi dəvirusa yoluxub və çox keçmədən həyatlarını itiriblər. Sentyabrın15-ə olan göstəriciyə əsasən, artıq bölgədə 81 təsdiqlənmiş yoluxmahalı və 28 ölüm qeydə alınıb. Qurbanların 4-ü səhiyyə sektorununişçiləridir.

Qeyd edək ki, Demokratik Konqo Respublikasında buna qədər 15dəfə Ebola epidemiyası olub: ən yüksək itkilər 2019 və 2022-ci ildəqeydə alınıb.

Ebola virusu ilk dəfə 1976-cı ildə Ebola çayı (Zair, indikiKonqo) yaxınlığında yerləşən kənddə qeydə alınıb. Virusun əsasdaşıyıcısı yarasalardır. İnsanlar əsasən yarasalar, şimpanze,antelop və oxlu kirpi kimi heyvanlarla təmasdan sonra bu ölümcülxəstəliyə yoluxublar.

Yoluxduqdan sonra simptomlarının üzə çıxması 2 gündən 21 günəqədər çəkə bilir. Əsas simptomlar, qızdırma, süstlük, əzələağrıları, baş ağrıları, boğazın qızarması, fəsadlaşma hallarındaisə qaytarma, ishal, qarın ağrıları, qaşınma, qanaxma vəşokdur.

Məqalədə:
Избранный
16
az.trend.az

1Источники