RU

Ukrayna ordusu Donetskdə daha bir kəndi azad edib

Ukrayna ordusu Donetsk vilayətinin Pankivka qəsəbəsini rus işğalçılarından azad edib.

Missiya.Az “Ukrinform” istinadən xəbər verir ki, bu barədə Azov Milli Universitetinin 1-ci korpusunun mətbuat xidməti  məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın bölmələrinin koordinasiyalı tədbirləri nəticəsində Pankivka qəsəbəsi və ətraf ərazilər düşməndən təmizlənib", - deyə vurğulanıb.

Qeyd olunub ki, bundan əlavə əməliyyat zonasında fəaliyyət göstərən bölmələr Dobropil istiqamətində də ərazilərin azad edilməsini davam etdirir.

Daşqın HəsənovMissiya.Az

Избранный
18
missiya.az

1Источники