RU

"NATO Rusiyaya qarşı döyüşür" - Peskov

NATO artıq Rusiya ilə müharibə vəziyyətindədir, bu, göz qabağındadır.

"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.

O, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin alyansın Moskva ilə müharibə aparmaması ilə bağlı bəyanatını şərh edib.

"NATO Rusiya ilə müharibədədir, bu, açıq-aydındır və əlavə sübut tələb etmir", - Peskov qeyd edib. O, NATO-nun Ukraynadakı münaqişədə faktiki iştirak etdiyini də vurğulayıb. 

Избранный
36
3
unikal.az

6Источники