RU

Rumıniya XİN Rusiya səfirini çağırdı: Məsuliyyətsiz hərəkətdir

Rusiya səfiri Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir XİN-ə sentyabrın 13-də ölkənin hava məkanını pozan rus pilotsuz təyyarəsi ilə əlaqədar çağırılıb.

Publika,az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, Rumıniya tərəfi “Rusiyanın bu qəbuledilməz və məsuliyyətsiz hərəkətinə kəskin etirazını bildirib”.

Xarici İşlər Nazirliyi bu hadisəni Rumıniyanın suverenliyinin pozulması adlandırıb.

"Bu cür təkrarlanan vəziyyətlər eskalasiyaya və regional təhlükəsizliyə təhdidlərin artmasına gətirib çıxarır. Rusiya tərəfinə gələcəkdə Rumıniyanın hava məkanını pozmamaq üçün dərhal bütün lazımi tədbirləri görməyə çağırılıb", - məlumatda deyilir.

Xarici İşlər Nazirliyi əlavə edib ki, Rumıniya müttəfiqləri və digər Aİ üzvləri ilə daim əlaqə saxlayır.

Избранный
17
publika.az

1Источники