RU

Ohanyan: Hakimiyyət dəyişikliyindən sonra yenidən danışıqlar olacaq

BAKI, 15 sentyabr. TELEQRAF

Ermənistanın keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan ölkəsində mümkün hakimiyyət dəyişikliyindən danışıb.

Teleqraf xəbər verir ki, hazırkı hökumətin Azərbaycanla apardığı sülh danışıqlarına və əldə edilmiş razılaşmalara qarşı çıxan sabiq nazir bunları “tanımadıqlarını” bildirib.

“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sülh müqaviləsi ilə bağlı danışıqlar yenidən aparılacaq”, - Ohanyan qeyd edib.

Xatırladaq ki, Seyran Ohanyan 1990-cı illərdə Azərbaycan ərazisinin işğal edilməsinin və bu zaman baş verən saysız hərbi cinayətlərin müəlliflərindən biridir. Onun barəsində Azərbaycanda soyqırımı, əhalini məcburi köçürmə və digər cinayətlər üzrə cinayət işi açılıb. Ohanyan Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsinda birbaşa iştirak edib. Bunlar müharibə cinayətləri, insanların öldürülməsi, mülki obyektlərin məhv edilməsi, vandalizm, talan, separatizm dağıntılar və s. epizodlarla bağlıdır.

Azərbaycan artıq Ermənistanda baş verə biləcək mümkün hadisələrin sülh prosesinə pozucu təsirləri barədə xəbərdarlıq edib.

Избранный
26
2
teleqraf.com

10Источники