RU

Məhkumların icbari tibbi sığortaya cəlb olunması təklif edilir

Azərbaycanda həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin tibbi müayinələrinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif olunur.  Bu barədə  Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib. 

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə əsasən hazırlanıb.

Hazırda “Tibbi sığorta haqqında” Qanunun 15-2.3-cü maddəsinə əsasən məhkumlar icbari tibbi sığorta sistemindən kənarda saxlanılır. 

“2024-cü il ərzində 670 məhkum müxtəlif tibbi xidmətlərə, o cümlədən KT, MRT, PET, Doppler müayinələri, cərrahiyyə və terapevtik prosedurlara ehtiyac duyub, lakin bu xidmətlərin həyata keçirilməsi mümkün olmayıb,” – layihədə bildirilir.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən göstərilən tibbi xidmətlər bəzi hallarda avadanlıq və ixtisaslı kadr çatışmazlığı səbəbindən məhdud qalır. Bu isə, layihə müəlliflərinin fikrincə, məhkumların tibbi xidmətə çıxışla bağlı konstitusion hüquqlarını məhdudlaşdırır.

Deputat Əhliman Əmiraslanov isə layihəni dəstəkləyərək bildirib ki, Penitensiar Xidmətin xəstəxanalarında bütün sahələr üzrə mütəxəssis və müasir tibbi avadanlıq mövcud deyil. 

"Bu insanların tibbi yardıma kənarda ehtiyacı yarandıqda, onlar icbari tibbi sığortadan yararlana bilməlidirlər,” –  Əmiraslanov vurğulayıb.

Layihə həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri də əhatə edəcək.

Gülnar Nazimqızı

Избранный
19
anews.az

1Источники