RU

43 mindən çox istifadəçi internetsiz qaldı

"Starlink" peyk internet xidmətində fasilə yaranıb.

Gundem.az xənər verir ki, bu barədə şirkət özünün saytında məlumat dərc edib.

Kəsinti səbəbilə 43 mindən çox istifadəçi internetsiz qalıb.

Xidmətdə fasilələr Ukraynada , ABŞ, İtaliya, Polşa və digər ölkələrdə də müşahidə olunub. Bu, son ayların ən böyük fasilələrindən biri hesab olunur. Hesabata görə, şikayət edənlərin 60%-i internet sürəti və funksionallığı ilə bağlı problemlər, 39%-i rabitənin tam kəsilməsi, 1%-i isə şəbəkəyə qoşulmaqda çətinlik çəkdiyini bildirib.

Starlink rəsmi saytında yayımlanan açıqlamada fasiləni təsdiqləyib. Bildirilib ki, hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər gedir.

Избранный
21
3
gundem.az

4Источники