RU

Ermənistanda Ağrıdağın pasportlardakı möhürlərdən çıxarılmasının səbəbi açıqlanıb

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistan hökuməti sərhədi keçərkən pasportlardakı möhürlərdən Ağrıdağın (ermənilər onu Ararat dağı adlandırırlar - red.) təsvirini qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək üçün çıxarmağa qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasının katibi Artur Ovannisyan bildirib.

O, bu qərarda heç bir qəsdin olmadığını təsdiq edib.

Dağın təsvirinin Ermənistanın dövlət gerbindən çıxarılması məsələsinə toxunan A.Ovannisyan qeyd edib ki, hələlik belə müzakirələr aparılmır.

Daha əvvəl bildirilmişdi ki, noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
3
bakivaxti.az

4Источники