ain.az, Fanat portalına istinadən məlumat verir.
21 yaşadək futbolçulatdan ibarət Azərbaycan millusinin sabiq futbolçusu Ramin Nəsirli yeni mövsümə 1-ci Liqada başlayacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi "Şəfa" ilə müqavilə bağlayacaq.
Belə ki, bu yay Bakı təmsilçisinin düşərgəsində olan Nəsirli bir müddət öncə rəhbərliklə müqavilə şərtləri ilə bağlı ortaq məxrəcə gələ bilmədikləri üçün "Şəfa"dan ayrılsa da, şənbə günü komandaya qayıdıb.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Nəsirli 2022-ci ilin fevralında "ağ-qaralar"ın əsas komandasının sıralarında Azərbaycan Premyer Liqasında debüt edib. 2023-cü ildə icarə əsasında "Dauqavpils"də (Latviya) də oynayan gənc futbolçu daha sonra "Araz-Naxçıvan"a keçib. O, hazırda azad agent statusu daşıyır.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.