RU

Şair, tərcüməçi Afaq Şıxlı ilə görüş keçirilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə, Bakı Xətai Sənət Mərkəzində şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi Afaq Şıxlı (Şıxlinskaya) ilə görüş keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri Güllü Eldar Tomarlı Afaq Şıxlının ömür və yaradıcılıq yolundan danışıb. O, vurğulayıb ki, Afaq Şıxlı imzası ədəbiyyatsevərlərə yaxşı tanışdır və bu görüş oxuculara onu daha yaxından tanımaq imkanı yaradacaq.

Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Əli Kərim adına Poeziya Evinin direktoru, AYB-nin Poeziya bölməsinin sədri, şair İbrahim İlyaslı və başqaları çıxış edərək Afaq Şıxlnın özünəməxsuz yaradıcılığından danışıblar.

Sonra Afaq Şıxlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və yeni şeirlərini səsləndirib və kitablarını tədbir iştirakçılarına hədiyyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
2
azertag.az

3Источники