RU

Somali vətəndaşları Azərbaycanda ilk dəfə təhsil alacaqlar

İlk dəfə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Somali Federativ Respublikasının vətəndaşları Azərbaycanda təhsil almaq hüququ qazanıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

2025–2026-cı tədris ilində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında 20 nəfər Somali vətəndaşı Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrində təhsil alacaq.

Qeyd edək ki, artıq tələbələr ölkəmizə gəliblər və onları hava limanında universitetlərin nümayəndələri qarşılayıblar.

Избранный
30
10
operativmm.az

10Источники