Bu il məktəbə ilk qədəm qoyanlar arasında Əməkdar artist Nigar Şabanovanın qızı Nəfisə də olub.
BAKU.WS xəbər verir ki, bu barədə xanəndə özü bildirib.
O sosial şəbəkədə qızı ilə məktəbdən fotolar paylaşaraq onun birinci sinifə getdiyini qeyd edib.
"İlk dərs günün mübarək. Savadlı, ağıllı, inamlı xanımlardan olasan. Zehnin açıq olsun!" - deyə sənətçi paylaşımda bildirib.
Müğənni Zamiq Hüseynovun oğlu Zeyn də birinic sinifə qədəm qoyub.
Sənətçi bu barədə sosial şəbəkədə görüntülər paylaşıb. O oğlu Zeyni 15 Sentyabr - Bilik günü münasibətilə təbrik edib:
"Oğlum… Bu gün həyatının ən mühüm səhifələrindən biri açıldı. Balaca əllərinlə məktəbin qapısından içəri addım atdın, amma mənim üçün sən həmişə o körpə qolları ilə boynuma sarılan balaca oğlumsan. Arzum budur ki, yolun hər zaman işıqlı, qəlbin mərhəmətli, biliklərin sonsuz olsun. Səni ürəyim qədər sevirəm".