RU

Qaraxanbəyli kəndində ilkin mərhələdə 404 fərdi ev inşa olunacaq 

İşğal illərində xarabalığa çevrilmiş Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri də tezliklə doğma yurda qayıdacaqlar. Sözügedən kəndin sakinləri təməli ölkə Prezidenti tərəfindən yenidən qoyulan kənddə yaşayacaq və sakinlər üçün həyat yenidən canlanacaq.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-a müsahibəsində bildirib ki, layihə iki mərhələdə icra olunacaq: “Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır”.

Leyla Sarabinin sözlərinə görə, 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev və iki-üçmərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.

Qeyd edək ki, bu layihə, sadəcə, tikinti deyil - taleyin sınaqlarından çıxmış insanların doğma torpaqlarına dönüş arzularının gerçəkləşməsi, yurd həsrətinin sonu deməkdir. Qaraxanbəyli və Merdinli sakinləri illərdir ümidlə gözlədikləri günə qovuşacaqlar.

Избранный
28
23
azerbaijan-news.az

10Источники