RU

Elvin Bədəlov: Bu vəziyyətə görə nə baş məşqçini, nə də bizi qınamaq olar

BAKI, 15 sentyabr. TELEQRAF

“Mənə görə, həmin epizodda təmiz penalti var idi. Amma hakim təyin etmədi. Düşünürəm, bunun məntiqli izahı yoxdur”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov Azərbaycan Premyer Liqasının IV turunda evdə “Sabah” ilə qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

31 yaşlı müdafiəçi görüşdə rəqibdən üstün olduqlarını bildirib: “Oyundan-oyuna artımı hiss edirik. Matç bizim nəzarətimiz altında keçdi, epizodlar da bizdə idi. Demək olar ki, onlara şans vermədik. Sadəcə zaman lazımdır. Məşqlərə və oyunlara davam edəcəyik. İnanıram ki, bir qələbə hər şeyi dəyişəcək”.

Bədəlov komandasının 4 tur ərzində qələbə qazana bilməməsi ilə yanaşı qol vurmaqda çətinlik çəkməsinin səbəbini belə şərh edib: “Burada nə baş məşqçini, nə də futbolçuları qınamaq olar. Sadəcə top qapıya girmir. Belə oyunlar olur. Alınmır, top qapıya girmək istəmir. Bu, ya “qara zolaq”, ya da bəxtsizlikdir. Daha çox işləməliyik, sonluqlar üzərində məşq etməliyik. Əsas odur ki, oyunlarımızda artım var. Rəqibdən üstün idik. Qolu və qələbəni gözləyək, ondan sonra hər şey yaxşı olacaq”.

Избранный
56
teleqraf.com

1Источники