RU

MM-in komitə sədri: Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihə həyata keçirilir

BAKI, 15 sentyabr. TELEQRAF

"Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihə həyata keçirilir"

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bu proqressiv bir layihədir: "Ucqar bölgələrdə tibb məsələsi və həkim çatışmazlığı ilə bağlı məsələlər var. Məhz bu layihənin həyata keçirilməsinin ilkin əlamətləri müsbət xarakterizə edilir. Ucqar kəndlərdə ilkin tibbi yardım məntəqlərinin, modul tipli tibb müəssisələrinin quraşdırılması yaxşı təcrübə olacaq. Müvəqqəti addım olsa da, bu prosesin sürətlə həyata keçirilməsi üçün olduqca önəmli idi”.

Избранный
72
teleqraf.com

1Источники