RU

Politoloq: Əslində İsrail Türkiyəyə qarşı planlar hazırlayır

Təl-Əviv İranı hədəf göstərib Türkiyəyə yönəlmək istəyir

Moskva həm İran, həm də Türkiyə vasitəsi ilə həmin coğrafiyada maraqlarının olduğunu göstərmək istəyir

İran və İsrail arasında istənilən an yeni gərginlik baş verə bilər.
Bu barədə "İnterfaks" agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
O qeyd edib ki, hazırda İran və İsrail atəşkəs və sülh rejiminə riayət edirlər. Lakin bu vəziyyət istənilən an köklü şəkildə dəyişə və yeni gərginliyə səbəb ola bilər.
Şoyqu vurğulayıb ki, Rusiya Yaxın Şərqdə yeni eskalasiyaya yol verməməkdə maraqlıdır.
Onun sözlərinə görə, İran-İsrail ziddiyyətlərinin güc yolu ilə həlli mövcud deyil.

Politoloq Tural İrfan Sherg.az-a deyib ki, İsrailin məlum addımları nəinki bölgə, ümumiyyətlə dünya üçün böyük təhdid yaradır:

"Əslində İsrail Türkiyəyə qarşı planlar hazırlayır. Təl-Əviv İranı hədəf göstərib Türkiyəyə yönəlmək istəyir. Qətərdə Həmas liderlərinə qarşı təşkil etdiyi terror aktının baş tutmamasında Anakranın rolunun olduğu əsas gətirir və "Vəd edilmiş torpaqlar" planının tərkib hissəsi olaraq Türkiyəyə qarşı təhdid yaradır. Bölgədə vəziyyəti qarışdırmaq üçün öncə İrana hücum təşkil oluna bilər. Lakin əsas hədəf Türkiyədir. İsrailin Yəmən, Suriya, Qətər və Qəzzanı eyni zamanda vurması, habelə Ankaranı təhdid etməsi gərginliyin artacağını göstərir. Rusiya Suriyadan çıxarılıb. Odur ki, hazırda Türkiyənin təsir dairəsi Yaxın Şərqdə genişlənir. Rusiya özünün daxil ola bilmədiyi nöqtələrə İranın əli ilə daxil olmağı düşünür. İsrail Suriyada, ümumiyyətlə Yaxın Şərqdə Türkiyənin roluna son qoya bilmir. Belə olduqda rəsmi Moskva həm İran, həm də Türkiyə vasitəsi ilə həmin coğrafiyada maraqlarının olduğunu göstərmək istəyir".

Amalitikin fikrincə, Rusiya belə açıqlamalarla Ukrayna müharibəsindəki mənfi rolunu, dünyada sabitlik tərəfdarı obrazı ilə əvəzləmək niyyətindədir:
"Əslində isə Kremlin Yaxın Şərqdə baş verən hadisələrin nizama salınmasında rolu zəifdir. Hər halda Rusiya başının Ukraynada qarışdığı vəziyyətdə Yaxın Şərqdə böyük və dəhşətli müharibənin baş verməsində maraqlı ola bilər. Çünki bu vəziyyət artıq ölkəsi əleyhinə formalaşmaqda olan kualisiyanı həmin məkana cəlb edəcək".
Избранный
2
1
sherg.az

2Источники