RU

Xankəndində silahlı təxribat törədənin məqsədi nə olub?- ÖZƏL

"Dünən Xankəndində Qarabağ Universitetinin Klinikasının, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü silahlı təxribat törətmək cəhdində suçlandırılaraq həbs edilən Karen Avanesyan kimdir, hara bağlıdır?  "Təxribat"  özü geniş anlayışdır, bir nəfər polis əməkdaşını da yaralayan bu adamın əsas məqsədi nə olub? O, niyə tədbir yerinə can atırmış? Əminəm ki, gec-tez bununla bağlı rəsmi açıqlama olacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məcisin deputatı Sahib Alıyev deyib: "Ona da əminəm ki, son üç ayda böyrümüzdə 3 dəfə  hərbi təlim keçirənlər, kontrolları altındakı revanşistlər, daşnaklar və digər törtökuntülər Karen Avanesyandan qəhrəman, yaxud da qurban düzəltməyə cəhd edəcəklər. Yəni bu olay ətrafında geniş informasiya təxribatına əl atacaqlar, bəlkə, həm də nələrisə ört-basdır etmək üçün.
Bütün hallarda dünənki olay dövlət və millət olaraq sayıqlığımızı daha da artırmamızı tələb edir. Xankəndində  klinikayla  tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü baş verənlər göstərir ki, avanesyanları bizə nifrət ruhunda bəsləyənlər, onları əbədi düşmənçiliyə, terrora yoluxduranlar elə də qalmaları, sağalmamaları üçün bacardıqlarını edəcəklər. Və belə hiss olunur ki, Qarabağda gedən quruculuq işləri onları torpaqlarımızın azad edilməsindən heç də az qıcıqlandırmır. Biz bunu görməzdən gələ bilmərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники