RU

“44+1 gerçəyi iradə, birlik və zəfərin simvoludur”

“Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir günlük suverenliyin bərpası əməliyyatı iradə, birlik və zəfərin simvoluna çevrilib”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər bu həqiqəti bir daha sübut edir:

“Prezident İlham Əliyev sentyarbrın 14-də Xocavənd rayonunda sakinlərlə görüşündə bir daha 44 günlük Vətən müharibəsi, həmçinin, 2023-cü ilin suverenliyin bərpası əməliyyatının önəminə diqqət çəkdi, bu tarixi olayları dünya miqyasında son 80 ilin analoqsuz uğuru kimi dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmayıb.

Tarixə nəzər salsaq görərik ki, həqiqətən də son 80 il ərzində bu cür tam, bütöv və qəti qələbə mövcud olmayıb. Bu zəfəri bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev, Silahlı Qüvvələrimiz, şəhdilərimiz və qazilərimiz, eləcə də xalqımızın birliyi, bərabərliyi bəxş edib. Məhz xalqımızın dövlətimizin, Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməsi, bizə bu böyük, bənzərsiz qələbələri bəxş etmiş oldu. Bu gün bizim əsas vəzifəmiz bu qələbənin nəticələrini qoruyub saxlamaq, dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda apardığı böyük quruculuq prosesinə dəstək vermək, Prezidentimizin ətrafında sıx biləşməkdə davam etməkdir.

Unutmamalıyıq ki, bu gün də Azərbaycanı istəməyən, regionda yeni gərginliklərin, təbəddülatların baş verməsində maraqlı olan qüvvələr var. Buna görə də daim ayıq-sayıq olmalı, dövlət başçısının hər bir çağırışını yekdilliklə dəstəkləməli və həmrəyliyimizi sonsuza kimi qoruyub salamalıyıq. Gələcək uğrularımızın və təhlükəsizliyimizin yeganə yolu məhz budur!”

Seymur ƏLİYEV

 

Избранный
30
1
moderator.az

2Источники