RU

Rus ordusu Su-34 qırıcılarının yeni partiyasını alıb

Birləşmiş Aviasiya Korporasiyası (BАК) Rusiya Müdafiə Nazirliyinə yeni Su-34 qırıcı-bombardmançı təyyarələrinin daha bir partiyasını təhvil verib.

Herbiand.az bildirir ki, bu barədə BAK-ın daxil olduğu "Rostex"-in mətbuat xidməti məlumat yayıb.

Təhvil verilən Su-34-lər bir sıra zəruri yer və fabrik sınaqlarından keçib.

Su-34 cəbhə bombardmançısı 1980-2000-ci illərdə hazırlanıb və əsas versiyası Su-27 qırıcısı olan T-10 platformasında hücum təyyarəsidir. Maksimum uçuş çəkisi 45 ton olan təyyarə 1900 km/saat sürətlə uça bilir. Təyyarənin döyüş radiusu 2000 km-dən çox ola bilər. Döyüş yükü 8 tona qədərdir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
21
herbiand.az

1Источники