Türkiyəli məşhur psixoloq Gülseren Budayıcıoğlu Azərbaycana gələcək.
“Cebheinfo.az” xəbər verir ki, o, Avropa Azərbaycan Məktəbində çıxış edəcək.
“Camdaki Kız”, “Masumlar Apartmanı”, “Kırmızı Oda” və “Kral Kaybederse” kimi reytinqləri alt-üst edən serialların ilham mənbəyi olan psxioloq ilk dəfə ölkəmizə gələcək.
O, Azərbaycandakı pərəstişkarları ilə görüşəcək. 23 noyabrda baş tutacaq tədbir saat 12:00-da başlayacaq.
Bilet qiymətləri isə 40 manatdan 200 manata qədərdir.