RU

Ekstremal istilər Avropa iqtisadiyyatını sınağa çəkir

AzVision.az xəbər verir ki, “The Guardian” nəşrinin iddiasına görə, bu zərərin miqyası yalnız gələcəkdə daha da artacaq.

İqtisadçıların hesablamalarına əsasən, bu yayın dağıdıcı isti dalğaları, quraqlıq və daşqınlar nəticəsində Avropa iqtisadiyyatı ən azı 43 milyard avro itirib.

İqlim şəraiti ilə iqtisadi göstəricilər arasındakı əlaqənin təhlilinə əsaslanan araşdırmada belə deyilir. Hesablamalara görə, bu yay mövsümündə dəymiş ziyan 2024-cü ildə Aİ ÜDM-nin 0,26%-ni təşkil edib və 2029-cu ilə qədər itkilər 126 milyard avroya qədər arta bilər.

“Kipr, Yunanıstan, Malta və Bolqarıstan ən böyük iqtisadi ziyana məruz qalıb. Bu ölkələrdə qısamüddətli itkilər əlavə dəyərin 1%-ni keçib, daha sonra İspaniya, İtaliya və Portuqaliya gəlir”,- hesabatda bildirilir.

Mannheym Universiteti və Avropa Mərkəzi Bankının ekspertləri vurğulayırlar ki, göstərilən rəqəmlər əslində kiçildilib. Çünki onlar nə keçən ay Avropanın cənubunu bürümüş kütləvi meşə yanğınlarını, nə də eyni vaxtda baş vermiş digər ekstremal hava hadisələrinin birgə təsirlərini nəzərə almayıb.

- Ekstremal havanın vurduğu əsl ziyanlar tədricən ortaya çıxır, çünki bu cür anomaliyalar geniş kanallar spektri vasitəsilə həyata və gəlirlərə təsir göstərir”, - tədqiqatın müəllifi, Mannheym Universitetinin iqtisadçısı Sehriş Usman vurğulayıb.

Alimlər qeyd edirlər ki, qlobal istiləşmə bu yay ekstremal hava anomaliyalarını əhəmiyyətli dərəcədə artırıb, yanğına meyilli şəraitin yaranma ehtimalı İspaniya və Portuqaliyada 40 dəfə, Yunanıstan və Türkiyədə isə 10 dəfə artıb.

Belçika Milli Bankının iqtisadçısı Qert Beynens nəşrə açqıalmasında ekstremal hava şəraitinin artıq iqtisadiyyatda nəzərəçarpacaq iz buraxdığına diqqət çəkib. Onun fikrincə, dolayı təsirlər birbaşa zərər kimi dağıdıcı ola bilər.

Sahil İsgəndərov
AzVision.az

Избранный
13
1
azvision.az

2Источники