RU

İranın gizli tapşırıqlarını yerinə yetirən israilli məhkəmədə ifşa edildi

İsrailin Qüds dairə məhkəməsi ultraortodoks icmasının üzvü, 22 yaşlı Elimelex Şterni İran kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilib.

Musavat.com xəbər verir ki, məhkəmə hökmündə o, “xarici agentlə əlaqə” və “cinayət törətmək məqsədilə sövdələşmə” maddələri üzrə günahkar sayılıb.

İstintaq materiallarına əsasən, Ştern İran agenti ilə Telegram üzərindən əlaqə saxlayıb, onun tapşırıqlarını yerinə yetirib və bunun müqabilində ödənişi kriptovalyuta ilə alıb. Ona verilən tapşırıqlar arasında siyasi məzmunlu plakatların asılması, hədə mesajlarının ötürülməsi və pul gizlədilməsi kimi əməliyyatlar olub.

Məlumata görə, Ştern bu fəaliyyətə daha iki israillini də cəlb edib. Təqsirləndirilən bəzi təhlükəli tapşırıqları yerinə yetirməsə də, məhkəmə onun düşmən tərəflə əməkdaşlığın mahiyyətini dərk etdiyini qeyd edib.

Hazırda hökmün cəza hissəsi elan olunmayıb. İsrail mediası bildirir ki, bu məhkəmə qərarı ölkədə İranın gizli fəaliyyətinə qarşı növbəti ciddi addım kimi qiymətləndirilir.

Musavat.com

Избранный
37
1
musavat.com

2Источники