Rus ordusu gecə saatlarında Kramatorskın mərkəzini üç idarə olunan aviasiya bombası ilə vurub.
Axar.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri şəhərin mərkəzinə FАB-250 tipli üç aviasiya bombası atıb, hündürmərtəbəli binalar dağılıb. Hücum nəticəsində 9 nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər və kommunal xidmətlər işləyir.