RU

Paşinyan: Başqa yol sadəcə yox idi

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb.

“İki sahil” Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.

"Mən Azərbaycanın ərazi bütövlüyünü Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib.

Избранный
41
11
ikisahil.az

10Источники