Bakı, 15 sentyabr, AZƏRTAC
“Starlink” peyk internet şəbəkəsinin işində bütün dünya üzrə kəsintilər qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə populyar internet resurslarının nasazlıqlarını izləyən “Downdetector” saytı məlumat yayıb.
Bildirilir ki, bazar ertəsi günü səhər saatlarında Starlink xidmətində yaranmış fasilələrlə bağlı müraciətlərin sayı təxminən 50 minə çatıb. Sorğular, o cümlədən Ukraynada qeydə alınıb.
Amerikalı iş adamı İlon Maskın SpaceX şirkətinə məxsus “Starlink” peyk şəbəkəsi planetin istənilən yerində genişzolaqlı internetə çıxışı təmin edir. Ukrayna Silahlı Qüvvələri də bu sistemdən döyüş bölgəsində fəal şəkildə istifadə edir. Terminallar onlara Qərb müttəfiqləri tərəfindən verilir.